İdeovate Consulting

Ideovate Consulting ADA Universitetindəki Career Fair-də

2 may 2025-ci il tarixində Ideovate Consulting komandası olaraq ADA Universitetində keçirilən Career Fair tədbirində fəal iştirak etdik. Tədbir ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən nüfuzlu şirkətləri və karyerasında uğur qazanmaq istəyən tələbələri bir araya gətirdi. Bu fürsət, həm şirkətlər, həm də gənc istedadlar üçün bir körpü rolunu oynadı.

Tədbirə yanaşmamız: CV yox, potensial axtarışında

Bir çox şirkətlər üçün bu cür tədbirlər sadəcə bir formallıq və ya insan resursları funksiyası kimi görünə bilər. Lakin Ideovate Consulting olaraq bizim üçün bu, insan kapitalına olan inamın bariz nümunəsidir. Çünki inandığımız əsas prinsip budur:
Uğurlu biznes modelinin əsasında yalnız məhsul və xidmət deyil, onu həyata keçirən güclü komanda dayanır.

ADA Universitetində iştirak etməyimizin məqsədi sadəcə CV-ləri toplamaq deyildi. Biz burada gələcəyin:

  • maliyyə mütəxəssislərini,

  • hüquqşünaslarını,

  • HR (İnsan resursları) peşəkarlarını

  • mühasiblərini

kəşf etməyə və onları potensial əməkdaş kimi tanımağa çalışdıq.

Hazırda yalnız öz komandamızı gücləndirmək üçün deyil, müştərilərimizin ehtiyaclarına uyğun peşəkar kadrları da seçmək üçün çalışırıq. Rekrutinq xidmətlərimizi davamlı şəkildə təkmilləşdiririk və inanırıq ki, hər bir müştəri üçün uyğun insan resurslarını təmin etməklə onların biznes proseslərinə real dəyər qatırıq.

Təhsilə və istedada dəyər veririk

Belə tədbirlər bizim üçün sadəcə peşəkar fəaliyyət deyil, dəyərlərimizin ifadəsidir. Biz təhsilə, öyrənməyə və fərdi inkişaf yolunda olan insanlara inanırıq. Çünki doğru istiqamətdə inkişaf edən bir insan, sabahın liderinə çevrilə bilər. Əmək bazarında rəqabətin artdığı bu dövrdə, doğru istedadları vaxtında kəşf etmək həm şirkətlərin, həm də ölkə iqtisadiyyatının inkişafı üçün önəmlidir.

Əməkdaşlığa açığıq

Əgər siz də biznesiniz üçün təcrübəli və ixtisaslaşmış kadrlar axtarırsınızsa, bizimlə əməkdaşlıq edə bilərsiniz. Ideovate Consulting olaraq sizə yalnız texniki biliklərə sahib namizədləri deyil, mədəniyyətinizə uyğunlaşacaq, dəyərlərinizi paylaşacaq komanda üzvlərini təqdim edirik.

 

Qaynar xətt nömrəsi 0102520651