İdeovate Consulting

Müflisləşmə və iflas

Müflisləşmə və iflas – hüquqi və iqtisadi terminlər olub, borclunun kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi halını ifadə edir. Bu iki anlayış bir-birinə yaxın olsa da, fərqli hüquqi məna daşıyır.

Müflisləşmə – sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxsin kreditorlar qarşısında pul öhdəliklərini ödəyə bilməməsi halıdır. Bu hal borclunun maliyyə cəhətdən daimi ödəmə qabiliyyətsizliyidir.

Müflisləşmə könüllü (öz müraciəti ilə) və ya məcburi (kreditorların iddiası ilə) başlaya bilər.

İflas – borclunun müflisləşməsinin məhkəmə tərəfindən tanınması və bu əsasda əmlakının bölüşdürülməsi ilə nəticələnən hüquqi prosedurdur. İflas qərarını yalnız məhkəmə çıxara bilər.

Anlayış

Təyinatı

Hüquqi nəticə

Müflisləşmə

Borclunun faktiki maliyyə çətinliyi

Hələ məhkəmə qərarı yoxdur

İflas

Məhkəmənin müflis sayması

Rəsmi hüquqi status, əmlak bölüşdürülür

 

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən, İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunun 14-cu maddəsinə əsasən,məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanı) tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən başlanıla bilər. Bu qərar qəbul olunduğu zaman ehtimal olunan əmlak inzibatçısı da təyin edilir. Həmin qərarın qəbul edildiyi tarix iflas prosesinə məhkəmənin iştirakı olmadan başlanmasının məqamıdır. 

İflas Prosesinin mərhələsi:

  1. İddia ərizəsi – Borclu özü və ya kreditor məhkəməyə müraciət edir.
  2. Məhkəmə araşdırması – Borclunun maliyyə vəziyyəti qiymətləndirilir.
  3. İflasın tanınması – Məhkəmə borclunu müflis elan edir.
  4. Əmlakın inventarlaşdırılması və satışı – Borclunun əmlakı satılır.
  5. Kreditorların təmin edilməsi – Əldə olunan vəsait kreditorlara paylanır.
  6. İflas prosedurunun başa çatması – Borclu hüquqi statusunu itirə bilər (MMC ləğv oluna bilər və s.)
Paylaş:
Qaynar xətt nömrəsi 0102520651