
KOMMERSİYA FƏALİYYƏTİNDƏ DƏLƏDUZLQDAN NECƏ QORUNMALI?
Müasir biznes mühitində uğur qazanmaqla yanaşı, sahibkarlar müxtəlif risklərlə də qarşılaşırlar. Bu risklərdən ən təhlükəlilərindən biri dələduzluq – yəni kommersiya sahəsində etibarsız tərəfdaşlar, saxta müqavilələr və ya maliyyə fırıldaqları nəticəsində zərərə uğramaqdır. Hər bir sahibkar bu cür hallarla qarşılaşmamaq üçün qabaqlayıcı addımlar atmalı və maariflənməlidir.
Ən çox rast gəlinən kommersiya dələduzluğu halları:
- Saxta müqavilələr və şərtlər
- Ödənilmiş malların çatdırılmaması
- İkili mühasibatlıq və saxta hesabatlar
- Etibarsız partnyorlarla əməkdaşlıq
- Süni borclandırma və ya kredit fırıldaqları
- Şirkət sənədlərinin saxtalaşdırılması
Dələduzluqdan Qorunmaq Üçün 10 Vacib Tövsiyə
1. Partnyoru və Müştərini Araşdırın
- Əməkdaşlığa başlamazdan əvvəl qarşı tərəfin hüquqi statusunu (VÖEN, dövlət qeydiyyatı), vergi borcunu və bazardakı reputasiyasını yoxlayın.
- Rəyləri, şikayətləri və əvvəlki partnyorları haqqında araşdırma aparın.
2. Müqaviləni Yazılı Bağlayın
- Şifahi razılaşmalardan uzaq durun.
- Müqavilələrdə dəqiq şərtlər, tərəflərin hüquq və öhdəlikləri, cərimə və məsuliyyət mexanizmləri olmalıdır.
- Müqavilə hüquqşünas tərəfindən yoxlanılmalıdır.
3. Elektron imza və möhürdən düzgün istifadə edin
- Rəsmi sənədlərdə yalnız təsdiqlənmiş elektron imza və ya notarial təsdiqlərdən istifadə edin.
- Saxta möhürlər və imzalarla bağlı hallara qarşı ehtiyatlı olun.
4. Ödənişləri bank hesabı ilə edin
- Nəğd və ya qeyri-rəsmi ödənişlərdən çəkinin.
- Hər bir ödənişin bank təsdiq sənədi və ya qəbzi saxlanılmalıdır.
5. Əməkdaşlıqdan əvvəl "test sifariş" və ya kiçik miqyaslı əməkdaşlıq edin
- İlk əməkdaşlıq zamanı böyük məbləğli sifarişlər və ya ödənişlər etməyin.
- Qarşı tərəfin öhdəlikləri necə yerinə yetirdiyini qiymətləndirin. (araşdırın)
6. Vergi və Mühasibatlıq Uçotunu şəffaf aparın
- Rəsmi mühasibat sistemlərindən istifadə edin.
7. İşçilərlə Əmək Müqaviləsi Bağlayın
- İşçilərlə münasibətlər rəsmiləşdirilmədikdə daxili dələduzluq (məsələn, pul və ya malın oğurlanması) riski artır.
8. İT Təhlükəsizliyi
- Şirkətin elektron poçt ünvanı və bank hesab məlumatlarının təhlükəsizliyini təmin edin.
- E-maillərlə gələn saxta fakturalara və linklərə klik etmədən öncə yoxlayın.
9. Rəqəmsal alətlərdən istifadə edin
- Sistemlər vasitəsilə tərəfdaşlar, müqavilələr, borclar və ödənişlər üzərində nəzarəti artırın.
10. Hüquqşünas
- Şübhəli hallar, müqavilə mübahisələri və ya dələduzluq şübhəsi zamanı hüquqşünas məsləhəti mütləqdir.