HR XİDMƏTİ

Rekrutinq — sadəcə işçi seçmək deyil

Rekrutinq — sadəcə işçi seçmək deyil. Bu, biznesin əsasıdır. Və artıq Azərbaycanda qanunvericilik bu məsələyə ciddi yanaşmağa sahibkarları məcbur edir.

Azərbaycandakı bir çox şirkətlər hələ də işçiləri təsadüfi şəkildə işə götürürlər, məsələn tanışlıqla, hisslərlə, ya da təsadüfi CV-lərlə. Sonra isə işçi axını, konfliktlər, motivasiya itkisi. Biznes ləngiyir, çünki komanda uğurun mühərrikidir.

Ideovate Consulting isə bu prosesi peşəkar, sistemli və effektiv şəkildə qurmağı təklif edir. Beynəlxalq təcrübə: nəyə görə böyük şirkətlər işçi seçimini peşəkarlara həvalə edir?

ABŞ, Almaniya, Niderland və Böyük Britaniya kimi qabaqcıl ölkələrdə işçilərin seçimi birbaşa şirkətin öhdəliyi deyil.Hətta iri korporasiyalar, zavodlar və fabriklər belə özləri işçi seçmirlər. Bu işlə HR komandaları da məşğul olmur.Rekrutinq bu ölkələrdə xüsusi konsaltinq agentliklərinə tapşırılır.

Niyə bu bu gün daha vacibdir?

Azərbaycanda əmək münasibətləri və vergi ilə bağlı tələblər gündən-günə artır. Subsidiyalar, elektron hesabat sistemləri tətbiq olunur və bu şəraitdə “təsadüfi” yanaşma təhlükəlidir.

İşçilərlə bağlı səhvlər təkcə maddi itki deyil. Bu — komandadaxili konfliktlər, psixoloji gərginlik və biznesin sarsılması deməkdir.Azərbaycanda isə biz bu yanaşmanı Ideovate Consulting olaraq tətbiq edirik. Biz nə edirik:

                •             Sizə uyğun insanları tapırıq. Sadəcə CV ilə deyil, konkret vəzifəyə, məqsədə uyğun namizədlər.

                •             Peşəkar müsahibələr aparırıq. Sizin adınızla, lakin bizim təcrübəmizlə.

                •             HR strukturunu qururuq. Sıfırdan, sizin biznes modelinizə uyğun.

                •             Vəzifə bölgüsünü və məsuliyyətləri müəyyənləşdiririk.

                •             İşçilərin bacarıqlarını qiymətləndiririk. Soft və hard skill analizləri ilə.

                •             İş planları və daxili proseslər hazırlayırıq.

 

Ideovate Consulting olaraq bu məsuliyyəti öz üzərimizə götürürük.Bizdə yalnız təcrübə deyil, sistem var.İşçi tapmaqdan tutmuş HR departamentinin qurulmasına qədər hər şeyi sizin üçün edirik.İnsan resursunu problemə deyil, gücə çeviririk. Komandanızı peşəkar şəkildə bizimlə qurun. Ideovate Consulting, sistemli yanaşmanın tərəfdaşı.

Qaynar xətt nömrəsi 0102520651