İdeovate Consulting

50 gün qaldı: Əmək müqavilələri ƏMAS -da elektron formaya keçirilməlidir — əks halda cərimə qaçılmazdır

Azərbaycan qanunvericiliyinə əsasən, bütün əmək müqavilələri elektron imza ilə (ASAN imza, SİMA və s.) ƏMAS-da electron formaya keçirilməlidir.

Bu, qanunla tələb olunur və 1 iyul 2025-dən sonra bu keçidi etməyən şirkətləri yüksək məbləğdə cərimələr gözləyir.

 

Elektron imzalardan biri də SİMA imzadır.

SİMA nədir və niyə vacibdir?

 

SİMA — Rəqəmsal imza proqramıdır. SİMA proqramını PLAYSTORE-dan asanlıqla telefona yükləmək mümkündür və ödənişsizdir.  Bu proqram əmək müqavilələrinin:

                •             rəqəmsal şəkildə imzalanmasını,

                •             hüquqi qüvvəyə minməsini,

                •             sürətli və təhlükəsiz saxlanmasını təmin edir.

 

Əmək müqavilələri artıq kağız formasında deyil, yalnız ƏMAS-da elektron formada təsdiqlənməlidir.

Kim keçməlidir və nə qədər vaxt var?

Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi bütün -İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün tələbdir, istər 5 işçisi olsun, istər 5000+.

Son tarix: 1 iyul 2025.

Bu gündən etibarən cəmi 50 gün vaxtınız qalıb.

Keçid etməyənləri nə gözləyir?

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən:

Əmək müqaviləsi bildirişi təqdim edilmədən fiziki şəxsin işə cəlb olunması:

  • Fiziki şəxslər üçün: 1000 manatdan 2000 manatadək cərimə

  • Vəzifəli şəxslər (məsələn, müəssisə rəhbəri): 3000 manatdan 5000 manatadək cərimə

  • Hüquqi şəxslər (yəni şirkətin özü): 20000 manatdan 25000 manatadək cərimə

Əlavə olaraq, əmək müqaviləsi bağlanmadan işçinin işlədilməsi hallarında vergi və sosial ödənişlərdən yayınma kimi hallar da aşkar edilərsə, əlavə maliyyə sanksiyaları və məsuliyyət yarana bilər.

Bu zaman da problem nədədir?

Çox müəssisələrdə mühasib və ya HR bu keçidi hələ də etməyib.

Bəzən bu məlumatdan xəbərsizdirlər, bəzən isə sistemi tətbiq etməyi bacarmırlar.

Amma vaxt getdikcə azalır, və 1 iyuldan sonra bəhanələr qəbul olunmayacaq.

Ideovate Consulting nə təklif edir?

Biz sizə:

                •             Əmək müqavilələrinin ƏMAS platformasında düzgün hazırlanması və yerləşdirilməsi

                •             İmzalama prosesinin hüquqi baxımdan tam müşayiəti

                •             İşçi ilə razılaşdırma və rəqəmsal imzanın tətbiqi

                •             HR sənədlərinin auditi və uyğunluq yoxlanışı

xidmətlərini təqdim edirik.

Vaxtında addım ataraq cərimə və hüquqi risklərdən qaçın.

Nəticə: İndi hərəkət etməyin vaxtıdır

1 iyul çox yaxınlaşır — artıq cəmi 50 gün qalıb.

Bugünkü gecikmə sabah 5000 manatlıq cəriməyə çevrilə bilər.

İndi tədbir görün, müqavilələrinizi rəqəmsallaşdırın, hüquqi cəhətdən qorunun.

Biz kömək etməyə buradayıq — Ideovate Consulting ilə təhlükəsiz və qanuni keçid edin.

Paylaş:
Qaynar xətt nömrəsi 0102520651