
Kommersiya müqavilələrində əsas məqamlar və tərtibi
“Kommersiya müqavilələrində əsas məqamlar və tərtibi”
Kommersiya hüququnun əsas elementlərindən biri müqavilələr hüququdur. Ən çox rast gəlinən müqavilə formaları:
Alqı-satqı müqavilələri
- İcarə müqavilələri
- Podrat müqavilələri
- Xidmət göstərilməsi müqavilələri
- Ticarət nümayəndəliyi müqavilələri
- Müqavilənin predmeti
Müqavilənin əsas mövzusu aydın və konkret ifadə olunmalıdır. Məsələn, nə satılır, hansı xidmət göstərilir, hansı iş görülür?
Hər iki tərəf üçün aydın şəkildə başa düşüləcək tərzdə yazılmalıdır.
-
- Qiymət və ödəniş şərtləri
Qiymət dəqiq göstərilməli, əlavə xərclər (məsələn, vergi, daşıma, gömrük və s.) qeyd olunmalıdır.
Ödəniş forması: nağd, köçürmə, hissə-hissə, avans və s.
Ödənişin müddəti və gecikmə halında tətbiq ediləcək cərimələr yazılmalıdır
-
- İcra müddəti və təhvil-təslim şərtləri
Müqavilənin başlama və bitmə tarixi, yaxud müddətsiz olduğu qeyd olunmalıdır.
Mal və ya xidmətin təslim vaxtı, yeri, təslim-təslim aktı ilə sənədləşdirilməsi şərt kimi yazılmalıdır.
-
- Tərəflərin hüquq və vəzifələri
Hər iki tərəfin nəyi etməli və ya etməməli olduğu açıq şəkildə göstərilməlidir.
Məsələn, “Satıcı malı vaxtında və keyfiyyətli şəkildə təhvil verməlidir”, “Alıcı ödənişi 5 iş günü ərzində həyata keçirməlidir” və s.
-
- Məsuliyyət və cərimələr
Müqavilənin icra edilməməsi və ya pozulması halında tərəflərin məsuliyyəti yazılmalıdır.
Gecikməyə görə cərimə faizləri, müqavilədən birtərəfli imtina hallarında penalti kimi tədbirlər göstərilə bilər.
-
- Fors-major hallar
Təbii fəlakət, müharibə, hökumət qərarları və s. kimi idarəolunmaz səbəblər zamanı müqavilənin icra olunmaması üçün istisna hal kimi göstərilməlidir.
Fors-major baş verdikdə tərəflərin hansı müddət ərzində məlumat verməli olduqları da qeyd olunmalıdır.
-
- Mübahisələrin həlli
Mübahisələrin harada və necə həll olunacağı yazılmalıdır:
Azərbaycan Respublikasının instansiya məhkəmələri
Mediasiya yolu ilə razılaşma (Mediasiya Şurası)
8.Əlavə və xüsusi şərtlər
Tərəflərin əlavə razılaşmaları, məsələn, konfidensiallıq, qeyri-rəqabət öhdəlikləri və ya eksklüzivlik şərtləri.
Əgər müqavilə xarici tərəflə bağlanırsa, tətbiq ediləcək hüquq sistemi və dil məsələsi də müəyyənləşdirilməlidir.
9. Əlavələr
Müqaviləyə əlavə edilən əlavələr və protokollar müqavilənin ayrılmaz hissəsi kimi qeyd olunmalıdır.
10. İMZA
Rəsmiləşdirmə: Müqavilə hər iki tərəf tərəfindən imzalanmalı və möhürlənməlidir (əgər varsa)