
Sahibkarlıqda sağlam və qeyri-sağlam rəqabət anlayışları
Sağlam rəqabət nədir?
Sağlam rəqabət — bazarda fəaliyyət göstərən sahibkarların qanunlara uyğun olaraq, məhsul və ya xidmət keyfiyyətini artırmaqla, qiymətləri optimallaşdırmaqla, innovativ texnologiyalar tətbiq etməklə müştəriləri cəlb etməyə çalışmasıdır.
• İstehlakçı hüquqlarının qorunmasına xidmət edir;
• İnnovasiyaları və məhsuldarlığı təşviq edir;
• Antiinhisar qanunvericiliyi ilə dəstəklənir
• Bazarın azad və şəffaf fəaliyyətini təmin edir.
Qeyri-sağlam (ədalətsiz) rəqabət nədir?
Qeyri-sağlam rəqabət — rəqibə zərər vurmaq, bazardan çıxarmaq və ya haqsız üstünlük əldə etmək məqsədilə həyata keçirilən, etik və qanunsuz hərəkətlərdir.
1. Yalan reklam — məhsulun xüsusiyyətlərini bilərəkdən şişirtmək və ya rəqib məhsulu alçaltmaq;
2. Brend və ya patent hüquqlarının pozulması;
3. Qiymət dempinqi, saxta qiymət və endirimlər
4. Məlumatların oğurlanması və ya sənaye cəsusluğu;
5. Rəqibləri böhtanla nüfuzdan salmaq.
6. İşgüzar nüfuza və statusa zərər vurmaq
“Ideovate Consulting “Peşəkar komandamız ilə inkişaf yolunda etibarlı tərəfdaşınızıq.