
Vəzifə təlimatı forma yox, strateji alətdir
Ideovate Consulting olaraq biz şirkətlər və sahibkarlarla işləyərkən yalnız böyüməyə fokuslanmırıq — məqsədimiz daxili sistemlərin möhkəmləndirilməsi və uzunmüddətli dayanıqlığın təmin olunmasıdır. Bu kontekstdə tez-tez qarşılaşdığımız bir problem var: rəhbərlik əmək müqaviləsini əsas sənəd hesab edir, vəzifə təlimatını isə ya hazırlamır, ya da formal olaraq imzaladır.
Halbuki, məhz bu təlimat kritik anlarda sizi qoruyan əsas hüquqi və idarəetmə alətidir.
Real nümunə:
Bakı şəhərində fəaliyyət göstərən bir müştərimiz, satış yönümlü yerli şirkət yeni satış meneceri işə götürdü. Standart əmək müqaviləsi imzalandı, lakin bizim tövsiyəmizlə əlavə olaraq vəzifə təlimatı da imzalandı. Bu təlimatda konkret vəzifələr göstərilmişdi:
• aylıq satış hədəfi (minimum 20,000 AZN);
• CRM sistemində gündəlik qeydiyyat;
• hər gün azı 15 yeni müştəriyə zəng;
• icbari həftəlik hesabatlar və iclaslar.
Bununla belə, bir neçə həftə sonra məlum oldu ki, işçi planı yerinə yetirmir, CRM boşdur, hesabatlara gəlmir. Və klassik cavab gəldi: “Müqavilədə bunlar yoxdur.”
Amma təlimat var idi. Bu sənəd işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun şəkildə, təkrar pozuntuya əsaslanaraq işçini hüquqi baxımdan düzgün işdən çıxarmasına imkan yaratdı. Əgər təlimat olmasaydı, məsələ ya uzanacaq, ya da məhkəmə ilə bitəcəkdi.
Bu yalnız hüquqi deyil, həm də idarəetmə məsələsidir.Belə hallar təkcə satışda yox, marketinq, mühasibatlıq, layihə menecmenti və digər sahələrdə də tez-tez baş verir. Əmək müqaviləsi ümumi çərçivə yaratsa da, əməyin gündəlik idarəsi və qiymətləndirilməsi üçün kifayət etmir.
Vəzifə təlimatı, konkretlik gətirir.Bu sənəd işçinin nə etməli olduğunu, necə etməli olduğunu və nə zaman etməli olduğunu göstərir. Bu isə həm rəhbərlik, həm də işçi üçün şəffaflıq və gözləntilərin dəqiqliyini təmin edir.
Ideovate Consulting olaraq yanaşmamız:
Biz təlimatları sadəcə formal sənəd kimi yox, strateji idarəetmə vasitəsi kimi hazırlayırıq. Hər təlimat şirkətin:
• daxili strukturu,
• vəzifə bölgüsü,
• performans kriteriyaları (KPI-lar),
• hüquqi riskləri
nəzərə alınaraq yazılır. Bu sənəd rəhbərlik üçün ehtiyat, işçi üçün isə hüquqlarını bilmək vasitəsidir.
Nəticə: Aydınlıq = Dayanıqlıq
Azərbaycanda xüsusilə orta və böyüməkdə olan bizneslər üçün vəzifə təlimatı sadəcə sənəd deyil, resursdur. Bu sənəd mübahisələrin qarşısını alır, idarəetməni asanlaşdırır və hüquqi riskləri minimuma endirir.
Əgər şirkətinizdə hələ də bu sənədlər şablon və ya ümumiləşdirilmiş şəkildədirsə — dəyişməyin vaxtıdır.
Biz sizinlə bu prosesi sistemli və effektiv şəkildə qurmağa hazırıq.