Koskontrol nədir və restoranınızı necə xilas edir?

Koskontrol nədir və restoranınızı necə xilas edir?

Azərbaycanda hər il onlarca restoran açılır və eyni zamanda bağlanır. Bəs niyə?

Əksəriyyət düşünür ki, bağlanan restoranın müştərisi olmayıb. Amma həqiqət başqadır: restoran pul itirir, özü də gizlincə. Kassa doludur, müştəri var, amma ayın sonunda qazanc yoxa çıxır.
Səbəb? Koskontrol sistemi yoxdur.

 

Koskontrol nədir?

Koskontrol (Cost Control) — restoranın maliyyə, anbar, mətbəx və porsiya nəzarəti sistemidir. Bir sözlə, restoranın pulu hara gedir, sizə gündəlik və dəqiq şəkildə göstərən sistemdir.

Bu sistem olmadan:

  • Mətbəxdə gözəgörünməz itkilər baş verir

  • Porsiyalar böyük və fərqli çıxır

  • Anbarda məhsullar itə-itə gedir

  • Reseptlər gözə və təcrübəyə əsasən hazırlanır

  • Əməliyyatlar kağızda yox, təxminlə idarə olunur


Koskontrol sistemi ilə nə əldə edirsiniz?

Sistem qurulduqdan sonra siz:
✅ Anbarda nə qədər məhsul var, gündəlik görə bilirsiniz
✅ Hər bir yeməyin dəqiq maya dəyəri məlum olur
✅ Aylıq və ya gündəlik hesabatlarda itkiləri aşkar edirsiniz
✅ Mətbəxdə reseptlərə əsasən standart porsiyalar çıxır
✅ Personal məsuliyyətlə işləyir, özbaşınalıq azalır


Ideovate Consulting hansı proqramlarla işləyir?

Biz restoranınıza uyğun sistemi seçirik – ehtiyacınıza, komandanıza və büdcənizə əsasən.

İşlədiyimiz sistemlər:

  • 1C ERP + Resto – Böyük restoran şəbəkələri üçün ideal, geniş hesabatlılıq

  • iiko (АйКо) – Mətbəx və sürətli xidmət üçün çox funksiyalı və praktik

  • Klapus – Bulud əsaslı, sərfəli və kiçik restoranlar üçün uyğundur

  • R_keeper – Kompleks və peşəkar sistem, böyük restoranlar və françayzlar üçün

Biz sizi proqram seçimi dilemmasından xilas edirik. İstədiyiniz sadəlik və ya peşəkarlıq səviyyəsində sistemi hazır şəkildə təqdim edirik.


Biz nələri edirik?

Ideovate komandası olaraq:
???? Proqramı quraşdırır və sizə təlim veririk
???? Menyu, reseptlər və texkartaları sistemdə qururuq
????‍???? Personalı anbar, porsiya və hesabat üzrə öyrədirik
???? İtki və gəlir hesabatlarını, nəzarət panellərini hazırlayırıq
???? Ayın sonunda sizdə dəqiq rəqəmlər olur — artıq təxmin yox, real nəticə var.

 

Nəticə: Pulunuzu qorumaq istəyirsinizsə – koskontrolsuz olmaz

Əgər restoranınızda hər şey qaydasında görünür, amma qazanc yoxdursa — problem satışda yox, nəzarətsizlikdədir.
Koskontrol sistemi bu nəzarəti yaradır, maliyyə intizamı və şəffaflıq gətirir.

Artıq "hara getdi bu qədər məhsul?" sualına cavab tapmaq vaxtıdır.

Qaynar xətt nömrəsi 0102520651