
Niyə kiçik və orta biznes üçün ayrı-ayrı mütəxəssislərlə yox, məhz konsaltinq şirkəti ilə işləmək daha sərfəlidir?
Kiçik və orta sahibkarlar çox vaxt resurs azlığı, vaxt qıtılığı və kadr çatışmazlığı kimi çətinliklər yaşayırlar. Bu reallıqda hər funksiyanı ayrı-ayrı mütəxəssislər vasitəsilə idarə etmək, həm məsuliyyət baxımından, həm də maliyyə baxımından sərfəli deyil. Bu məqaləmizdə sizə açıqlayırıq ki, nə üçün məhz konsaltinq şirkəti ilə işləmək daha rasional və effektivdir.
1. Ayrı-ayrı mütəxəssislər əvəzinə bir sistemli komanda:
Mühasib, vergi məsləhətçisi, HR, hüquqşunas... Hər birini tapmaq, koordinasiya etmək, suallarına cavab tapmaq vaxt aparan və yorucu bir prosesdir. Bundan əlavə, bu insanlar bir-biri ilə əlaqəsiz olduğuna görə, məlumat axınında qopmalar, təkrar işlər və xətalar qaçınılmaz olur.
Konsaltinq şirkəti sizə bu xidmətləri bir yerdə, koordinasiyalı və peşəkar formada təqdim edir. Bu yanaşma sayəsində:
-
HR mühasiblə uyğun işləyir,
-
Vergi məsləhətçisi sizin bütün mülki şərtlərinizə bələddir,
-
Hüquqşunas sizin şirkətin dəyşikliyini daim izləyir.
2. Səhv ehtimalı az, cavabdehlik aydındır:
Ayrı-ayrı freelancer və ya hissəvi şəkildə çalışan şəxslər zamanla görə bilər ki, məsuliyyəti üzərində görmək istəmirlər. Nəticədə səhv olduqda məsuliyyət yenə sizin üstünüdə qalır.
Konsaltinq şirkəti əməkdaşlıq şərtləri əsasında hür bir xidmətin keyfiyyətinə cavabdehdir. Siz bu zaman riskinizi minimuma endirmiş olursunuz.
3. Birləşmiş resurslara əl çatması:
Konsaltinq şirkətləri tək bir şəxsin yox, bir kollektivin biliyini və təcrübəsini sizə təqdim edir. Bu resurslara daxildir:
-
Sektor üzrə spesifik yanaşmalar,
-
Yeni qanun dəyişiklikləri haqqında operativ məlumat,
-
Risklərin qabaqcadan qiymətləndirilməsi.
4. Şəffaf qiymətləndirmə və bütçə idarəçiliyi:
Bir neçə mütəxəssislə eyni vaxtda işləmək maaşlar, sənədləşmə, ödənişlər baxımından çoxlu xərc deməkdir. Halbuki konsaltinq şirkəti ilə aylıq sabit qiymət üzərində razılaşaraq büdcənizi asan planlaya bilərsiniz.
5. Sıfırdan sistem qurmaqda dəstək:
Konsaltinq şirkətləri tək həll edici deyil, inkiaf etdirici rol da oynayır. Siz:
-
Kadrların idarə olunması,
-
Maliyyə planlaması,
-
Vergi əlavələri,
-
Risk menecmenti sahələrində sistemlər qura bilərsiniz.
6. Konsaltinq baha deyil — əksinə, əsl sığortadır:
Sahibkarlar bəzən düşünür ki, “konsaltinq şirkəti baha olar”. Amma reallıq budur:
-
Yanlış mühasibat hesabatı = minlərlə cərimə,
-
Uyğunsiz əmək müqaviləsi = məhkəmə riski,
-
Qeyri-qanuni şəkildə aparılan əmək haqqı sistemi = ciddi maliyyə sanksiyaları.
Bu təhdidərlə peşəkar komanda sizi qoruyur. Və bu, sizin üçün xərc yox, şirkətin davamlılığına qoyulan investisiyadır.
Siz işinizə fokuslanın, geriyə qalanı peşəkar komanda həll etsin!
Artıq vaxtınızı mütəxəssisləri axtarmaq, idarə etmək və koordinasiya etməklə itirməyin. Ideovate Consulting kimi peşəkar konsaltinq komandaları sizin üçün mühasibat, vergi, HR və hüquq sahələrində sistemli dəstək verir.
Bizimlə əlaqə saxlayın — işinizə sistemli başlayaq.