Hüquqi xidmət

Məhkəməyə yox, hüquqa vaxtında müraciət edin – qabaqlayıcı tədbir ən yaxşı müdafiədir

Sahibkarlar və şirkətlər üçün hüquq, sadəcə məhkəməyə düşəndə lazım olan bir vasitə deyil — əksinə, risklərin qarşısını alan, işin davamlılığını və təhlükəsizliyini təmin edən əsas dayaqlardan biridir.

İstər fərdi sahibkarlıq, istər MMC (məhdud məsuliyyətli cəmiyyət), istərsə də ASC (açıq səhmdar cəmiyyət) formasında fəaliyyət göstərmək – hər biri fərqli hüquqi məsuliyyətlər və vergi rejimləri tələb edir. Düzgün seçim etməmək, sonradan həm maliyyə, həm də hüquqi risklərə səbəb ola bilər.

İstənilən biznes münasibəti – müştəri ilə əməkdaşlıq, əməkdaşlarla əmək müqaviləsi, təchizatçılarla razılaşmalar – hüquqi əsas olmadan risk daşıyır. Hüquqi baxımdan hazırlanmış müqavilələr sizi hüquqi mübahisələrdən qoruyur, qarşı tərəflə münasibətləri dəqiq tənzimləyir və öhdəlikləri aydın şəkildə müəyyənləşdirir.

"Hüquqlarınızın pozulması, uzunmüddətli məhkəmə çəkişmələri və hüquq-mühafizə orqanları ilə çətin proseslərə daxil olmadan öncə, biznesinizin və şəxsi fəaliyyətinizin hüquqi cəhətdən düzgün qurulması, sənədləşmənin tam və qanunlara uyğun aparılması ilə risklərin vaxtında müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi, sizi həm maddi zərərlərdən, həm də reputasiya itkilərindən qoruyar."

"İş dünyasında gözlənilməz problemlər qaçılmazdır, amma siz bu çətinliklərlə tək deyilsiniz — biz, hər bir mürəkkəb vəziyyətdə sizin yanınızda olur, etibarlı və peşəkar dəstəyimizlə yolunuza davam etməyinizə yardım edirik."

Qaynar xətt nömrəsi 0102520651