İdeovate Consulting

İki Sahibkar Arasında Əməkdaşlığın Pozulması

Müasir iqtisadi münasibətlərdə sahibkarlar arasında əməkdaşlıq – innovasiya, bazar genişlənməsi və maliyyə sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin hər bir əməkdaşlıq münasibəti uğurla davam etmir. Müxtəlif səbəblərdən bu əlaqələr pozula bilər və nəticədə tərəflər arasında mübahisələr, hüquqi qarşıdurmalar və ya maliyyə itkiləri yarana bilər.

Əgər əməkdaşlıq yazılı müqavilə əsasında qurulubsa, bu, tərəflərin hüquqlarının və öhdəliklərinin aydın şəkildə müəyyən olunmasına imkan verir. Lakin şifahi razılaşmalarda tərəflər arasında fikir ayrılığı və hüquqi boşluqlar daha tez-tez yaranır.

Hüquqi Mübahisələr və Həll Yolları

Əməkdaşlıq pozulduqda, tərəflər arasında yaranan mübahisələr aşağıdakı yollarla həll edilə bilər:

1.Danışıqlar yolu ilə həll (mediasiya təşkiları ):Sülh yolu ilə razılaşma üçün ilk addımdır.

2.Məhkəmə müraciəti: Əgər danışıqlar nəticəsiz qalar və hüquqi pozuntu varsa, tərəflər məhkəməyə müraciət edə bilər.

İki sahibkar arasında əməkdaşlığın pozulması həm maddi, həm də mənəvi zərərlərlə nəticələnə bilər. Bu kimi halların qarşısını almaq üçün əməkdaşlıq əlaqələrinin başlanğıcında hüquqi baxımdan düzgün müqavilə hazırlanmalı, tərəflər arasında açıq və şəffaf kommunikasiya təmin edilməlidir. Əməkdaşlığın uğurla davam etməsi yalnız qarşılıqlı hörmət, məsuliyyət və etimad mühitində mümkündür.

Məhz ona görə də, “İDEOVATE CONSULTİNG MMC” –“ Əməkdaşlıq dostluğa ziyan vurmasın deyə, hüquqi qorunmanı unutmamağın”  üçün dəstəkdir !

Paylaş:
Qaynar xətt nömrəsi 010 252 06 51