Restoran açmaq istəyirsiniz? – Uğura aparan yol uçotdan keçir.

Restoran açmaq istəyirsiniz? – Uğura aparan yol düzgün uçotdan keçir.

Azərbaycanda restoran biznesi daim inkişaf edən və gəlirli sahələrdən biridir. Dadlı menyular, gözoxşayan interyer və peşəkar komanda qurmaq qədər, doğru uçot strategiyası seçmək də uğurun ayrılmaz hissəsidir. Çox zaman sahibkarlar mətbəx, dizayn və reklam məsələlərinə fokuslanıb vergi planlaşdırmasını arxa plana atırlar – bu isə sonradan böyük maliyyə itkilərinə səbəb ola bilər.

Bu yazımızda restoran açmaq istəyənlər üçün vergi rejimlərinin müqayisəsini, risklərioptimal seçim yollarını ətraflı izah edirik.


Sadələşdirilmiş Vergi Rejimi – Kiçik və Orta Ölçülü Restoranlar üçün Uyğundur

Azərbaycanda yeni açılan restoranlar sahibkarlıq fəaliyyəti üçün sadələşdirilmiş vergi rejimini seçə bilərlər. Bu rejimin əsas üstünlüyü — sadə və aydın olmasıdır.

Əsas xüsusiyyətlər:

  • Vergi dərəcəsi: illik dövriyyənin 2%-i

  • Əlavə vergi və hesabat öhdəliyi yoxdur

  • Sadə mühasibat aparatı ilə işləmək mümkündür

Bu rejim illik dövriyyəsi 200.000 manatadək olan restoranlar üçün ideal seçimdir. Lakin vacib bir məqam var:

Dövriyyə 200.000 manatı keçdikdə nə baş verir?

Əgər restoranınızın dövriyyəsi 200.000 manatı keçərsə, siz artıq 2% yox, 8% sadələşdirilmiş vergi ödəməlisiniz. Bundan da önəmlisi, əgər bu dəyişiklik vergi orqanına vaxtında bildirilməzsə, avtomatik olaraq standart vergi rejiminə keçirilirsiniz.

Bu da aşağıdakı əlavə öhdəlikləri gətirir:

  • Əlavə Dəyər Vergisi (ƏDV): 20%

  • Mənfəət Vergisi: 20%

  • Mühasibat və hesabatlıq xərclərinin artması

Nəticədə ümumi vergi yükü 26–30%-ə çata bilər. Bu isə düzgün planlaşdırılmadıqda restoranınız üçün böyük maliyyə riski deməkdir.


Standart Vergi Rejimi – Böyük Layihələr və ƏDV-lə İşləyənlər üçün Uyğun

Bəzi hallarda ƏDV-lə işləmək daha sərfəli ola bilər. Əgər restoranınız:

  • Xarici brend və ya françayzadır

  • Böyük həcmdə avadanlıq, mebel və təmir xərcləri planlaşdırılır

  • Korparativ müştərilərlə işləyir və onlar ƏDV-ni ödəyə bilirlər

  • İxrac və catering planlarınız varsa

bu zaman standart vergi rejimini seçmək daha sərfəli olar. Ən mühüm üstünlüklərdən biri – ƏDV-nin geri alınmasıdır. Bu, böyük investisiyalı restoranlarda xərclərin bir hissəsinin geri qaytarılması deməkdir.


Restoran Açarkən Vergi Planlaşdırması Niyə Vacibdir?

Vergi planlaması yalnız vergi ödənişi deyil — bu, biznesin davamlılığı, maliyyə axınlarının sabitliyiqanunvericiliyə uyğunluq baxımından da çox vacibdir. Qanunvericilikdəki dəyişikliklər, dövriyyə artımı və müştəri portfelinin dəyişməsi sizə əlavə vergi yükü gətirə bilər.


İdeovate Consulting – Restoran Sahiblərinin Etibarlı Tərəfdaşı

Biz, İdeovate Consulting olaraq, restoran biznesinə başlamaq istəyən sahibkarlara kompleks vergi və mühasibat dəstəyi təqdim edirik.

Xidmətlərimiz:

  • Restoranın hüquqi və vergi rejimi üzrə qeydiyyatı

  • 2%, 8% və 18%-lik vergi rejimlərinin analizi və müqayisəsi

  • Vergi bildirişlərinin hazırlanması və təqdimatı

  • Mühasibat sisteminin qurulması və daimi müşavirə

  • ƏDV ilə işləyən restoranlara güzəştli məsləhət və dəstək

Qaynar xətt nömrəsi 0102520651